Biosfer, ekosistemlər. Onlarda maddələrin dövretməsi, ekoloji təhlükəsizlik

Автор работы: Пользователь скрыл имя, 09 Октября 2013 в 20:09, реферат

Краткое описание

Biosfer yunan (bios həyat, spheria kürə) sözü olub Yer kürəsində canlı həyatın yayıldığı sahədir. Böyük rus alimi V.İ.Vernadski biosfer haqqında təlimin yaradıcısı sayılır. Belə ki, Vernadski canlı orqanizmlərin yaşadığı və keçmişdə yaşamış olduqları mühiti biosfer adlandırmışdır və bununla da yeni analoji ekologiya elmini yaratmışdır. Biosferə bütün canlı orqanizmlər,onların yayıldığı mühit aiddir. Digər geosferlərdən fərqli olaraq biosferdə ən yüksək kimyəvi çevrilmələr gedir. Ümumi qalınlığı 36 km-ə çata bilən biosfer müxtəlif təbəqələrə təsir edir. Biosfer ozon səthinə kimi atmosferin bir hissəsi litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı və bütün hidrosfer daxildir. Biosfer atmosferin alt 2 km-lik, litosferin üst 3-4 km-lik və bütün hidrosfer (11 km) qatını əhatə edir. Biosferin hidrosferə təsiri yosunlar sudan karbon qazını udaraq sudakı canlıların tənəffüsü üçün vacib olan oksigeni buraxmasındadır. Canlıların hidrosferə ən böyük təsiri isə onların okeanda duzluluğu sabit saxlamasıdır.